21 aprel 2026 17:41
129

Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya aparılıb

Bu gün Bakı metrosunda baş verən hadisə səbəbindən iki qadın - 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 9 nəfərə isə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.

Baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub.