22 aprel 2026 08:29
281

Tramp blokada qaldırılsa, İranla razılaşmanın mümkün olmayacağını bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, dəniz blokadası ləğv edilərsə, İranla razılaşma qeyri-mümkün olmayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, İran Hörmüz boğazını bağlamaqda maraqlı deyil, çünki gəmilərin bu su arteriyasından keçməsindən gündəlik 500 milyon dollar gəlir əldə edir.

"Onların boğazı bağlı saxlamaq istədiklərinə dair bəyanatları yalnız ona görədir ki, mən onu tamamilə bloklamışam və indi onlar sadəcə "simalarını qorumağa" çalışırlar. Lakin biz bu addıma getsək İranla razılaşma heç vaxt baş tutmaya bilər", - Tramp yazıb.