22 aprel 2026 15:17
162

Aİ Ukrayna üçün 90 milyard avro yardımı və Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləyib

Avropa İttifaqı səfirləri Ukrayna üçün 90 milyard avro  yardımı və Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləyib.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS Aİ Şurasının Kipr sədrliyinə istinadla məlumat yayıb.

Daha əvvəl Vladimir Zelenski Aİ prezidenti Ursula fon der Leyen ilə 90 milyard avroluq kredit məsələsini müzakirə etmişdi.