Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçirilən “Heydər Əliyev-2026" birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu və Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak edib.
Əvvəlcə hərbi təyinatlı müasir silah və döyüş texnikaları, həmçinin ərazidə bölmələrin yerləşməsi və mərhələlər üzrə icra olunacaq fəaliyyətlər haqqında məlumat verilib.
Planla tanışlıqdan sonra qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər.
Təlim poliqonunda cəlb olunan iştirakçılar tərəfindən müxtəlif epizodlar praktiki icra olunub.
Sonda təlimdə fərqlənən hərbi qulluqçular həvəsləndirilib və xatirə şəkli çəkdirilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub