Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunub.
“İki sahil” bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, "Sosial Xidmətlər haqqında" Qanuna və sosial şəbəkələrdən istifadə ilə bağlı müddəaları əhatə edən digər qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul olunaraq qüvvəyə minib.
İnternetdə paylaşımların tənzimlənməsi və paylaşımlar vasitəsilə törədilən cinayətlərə qarşı mübarizə haqqında qanunu, " intenet oyunları", "oyun distribütoru", "oyun tərtibatçısı" və "oyun platforması" anlayışlarını müəyyənləşdirilir.
Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilən "paylaşımların məzmunun silinməsi və girişin bloklanması" maddəsi dəyişdirilib. Müvafiq olaraq, sosial şəbəkələrin xidmət təminatçıları 15 yaşdan kiçik uşaqlara xidmət göstərə bilməyəcək və bu cür xidmətlərin göstərilməsinin qarşısını almaq üçün yaş yoxlamaları da daxil olmaqla lazımi tədbirləri görməli olacaqlar.
Sosial şəbəkələrdə xidmət təminatçıları xüsusi olaraq yaşı 15-dən çox olanlar üçün fərdi xidmətlər göstərmək üçün zəruri tədbirləri görəcəklər. Bu tədbirlər sosial şəbəkə xidmət təminatçısının veb saytında yayımlanacaq.