23 aprel 2026 13:55
102

Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib

Mülki aviasiya sahəsində Ermənistan radikal həllər tələb edən sistemli problemlərlə üzləşir.

“İki sahil” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib.

Onun sözlərinə görə, ölkədə müasir aviasiya sistemlərinə adekvat reaksiya vermək və sahədə layiqli yer tutmaq üçün zəruri olan bilik çatışmazlığı mövcuddur.

O, həmçinin hökumətin bu sahədə optimal idarəetmə modelinin seçilməsi üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə əməkdaşlığa başlamaq niyyətində olduğunu bildirib.