23 aprel 2026 14:32
117

Sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı yardımlar ödəniləcək

Azərbaycanda bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sabah ödənilməsi nəzərdə tutulub.

“İki sahil” bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadla xəbər verir.

Məlumata görə, beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.