Heyvan sağlamlığının qorunmasında peyvəndləmə ən təhlükəsiz və effektiv vasitələrdən biri hesab olunur. Yoluxucu xəstəliklərə qarşı tətbiq edilən peyvəndlər heyvanlarda immunitet yaradır, xəstəlik riskini azaldır və məhsuldarlığın artmasına mühüm təsir göstərir.
“İki sahil” xəbər verir ki, Azərbaycanda epizootik sabitliyin qorunması və xüsusi təhlükəli heyvan xəstəliklərinin qarşısının alınması məqsədilə hər il "Epizootiya əleyhinə Tədbirlər Planı"na uyğun olaraq Aqrar Xidmətlər Agentliyi tərəfindən qarayara, dabaq, quduzluq, çiçək və digər xəstəliklərə qarşı tam ödənişsiz profilaktik peyvəndləmə tədbirləri həyata keçirilir. Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən peyvəndləmə tədbirləri "soyuq zəncir" prinsipinə əsaslanaraq vaxtında bölgələrə çatdırılır və özəl baytarlar tərəfindən heyvanlara tətbiq edilir. Qeyd edək ki, peyvəndləmədən sonra ərazidə məcburi dezinfeksiya tədbirləri icra olunur. Peyvəndləmədən sonra heyvanlarda qızdırma, ishal, qusma və s. kimi əlamətlər müşahidə oluna bilər ki, bu zaman mütləq baytar mütəxəssisə müraciət edilməlidir.
Əziz fermerlər unutmayın ki, heyvanların peyvəndlənməsi yalnız fərdi təsərrüfat üçün deyil, ümumilikdə aqrar sahənin davamlı inkişafı və ərzaq təhlükəsizliyi üçün vacib amillərdən biridir. Fermerlərə heyvanları peyvəndləmədən yayındırmamaq tösviyə olunur. Təsərrüfat sahibləri heyvan xəstəliklərinə qarşı aparılan profilaktik və müxtəlif sağlamlaşdırıcı tədbirlərin yerinə yetirilməsi zamanı qarşılaşdıqları problemlərlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin 1652 – “Çağrı mərkəzi”nə müraciət edə bilərlər.
Martın 15-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb: 9 nəfər 300 bal toplayıb
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması sonrakı hərbi qələbələrimizin əsasını qoydu