Paris və Afina Yunanıstan Hərbi Hava Qüvvələrinə yeni "Rafale" təyyarələrinin təhvil verilməsi müqabilində Kiyevə "Mirage" qırıcı təyyarələrinin ötürülməsi barədə danışıqlar aparır.
“İki sahil” xəbər verir ki, bu barədə "Les Echos" qəzeti mənbəyə istinadla məlumat yayıb və qeyd edib ki, Fransa tərəfinin təzyiqi Yunanıstanda narazılığa səbəb olub.
"İntensiv olmasa da, gərgin olan müzakirələr, Yunanıstanın daha çox təyyarə tələb edən Ukraynaya təxminən on ədəd "Mirage 2000-5" qırıcı təyyarəsi verməsi ilə bağlıdır", - deyə məlumatda qeyd olunub.
Nəşrin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron "Mirage"ın Ukraynaya satılmasında israr edir və bu məsələni Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə 24-25 aprel tarixlərində Afinaya səfəri zamanı müzakirə etmək niyyətindədir.