Rusiya Federal Təhlükəsizlik Xidməti ölkədə "Teleqram" mesencerinin bloklanmasına mane olmaq cəhdləri ilə bağlı Ukrayna xüsusi xidmət orqanlarını ittiham edib. Qurumun açıqlamasına görə, Ukrayna tərəfi Rusiyada “informasiya məkanının təhlükəsizliyinin təmin olunması tədbirlərinə”, o cümlədən Teleqramın bloklanmasına qarşı fəal fəaliyyət göstərir.
“İki sahil” xəbər verir ki, "Kommersant" məlumat yayıb.
Qeyd edilir ki, Ukrayna kəşfiyyat orqanları Teleqram messencerinin bloklanması da daxil olmaqla, informasiya məkanının təhlükəsizliyini təmin etmək tədbirlərini pozmağa yönəlmiş aktiv əməliyyatlara başlayıblar.
Məlumata görə, "Roskomnadzor rəhbərliyi və işçiləri, eləcə də onların ailə üzvləri fiziki zorakılıq təhdidləri alır, silahlı hücumlar və ekstremist hərəkətlər törədilir və terror aktları hazırlanır.