Avropa İttifaqı ölkələrinin liderləri artıq Ukrayna ilə bağlı mövqelərini gizlətmək üçün Macarıstanın baş naziri Viktor Orban arxasında “sığınmaq” imkanını itirə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məqalədə Avropa rəsmilərindən birinə istinadla bildirilir ki, Ukraynanın Avropa İttifaqı üzvlüyünə qarşı olan dövlət başçıları bundan sonra öz mövqelərini açıq şəkildə ifadə etməli olacaqlar. İndiyədək bəzi liderlərin bu məsələdə Orbanın sərt mövqeyindən “örtük” kimi istifadə etdiyi qeyd olunur.
Digər tərəfdən, "L'AntiDiplomatico" yazır ki, Macarıstanda parlament seçkilərində qalib gələn “Tisa” partiyasının lideri Péter Madyar da Ukraynaya yardımın tərəfdarı deyil.