İspaniyanın Baş naziri Pedro Sançes ABŞ rəsmilərinin Madridi İranla müharibədəki mövqeyinə görə "cəzalandırmağı" düşündükləri barədə məlumatları təkzib edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberq" məlumat yayıb.
"İspaniyanın Baş naziri hökumətinin NATO müttəfiqləri ilə normal əməkdaşlığı davam etdirəcəyini və ABŞ rəsmilərinin İranla müharibədəki mövqeyinə görə ölkəsini cəzalandırmağı düşündükləri barədə məlumatları təkzib edib", - deyə məlumatda bildirilir.
Əvvəllər "Reuters" Pentaqonun İspaniyanın NATO-dakı üzvlüyünü dayandırmağı müzakirə etdiyini bildirmişdi.