Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən repatriantların hüquqlarının müdafiəsi istiqamətində tədbirlər davam etdirilir. “İki sahil” xəbər verir ki, 2026-cı il 21 aprel tarixində Suriya Ərəb Respublikasının münaqişə bölgəsində yaşamış 5 nəfər (2 qadın və 3 uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib, müəssisə tərəfindən zəruri məlumatlar əldə ediblər.Görüş zamanı repatriantların ehtiyacları və hüquqlarının təmini vəziyyəti qiymətləndirilib, onlara Müvəkkilin mandatı və hüquqlarının müdafiəsi mexanizmləri barədə ətraflı məlumat verilib.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib