Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində QMB zərərvericisinin vaxtında aşkar olunması məqsədilə feromon tələlərə mütəmadi baxış keçirilib.
“İki sahil” xəbər verir ki, monitorinq tədbirləri Sabiroba kəndi, Nərəcan kəndi, Yalama kəndi, Xanoba kəndi, Düzahiroba kəndi, Zuxuloba kəndi, Ortaoba kəndi, Yaquboba kəndi və Ukuroba kəndi ərazilərini əhatə edib. Xanoba kəndində 20 ədəd, digər kəndlərin hər birində isə 5 ədəd olmaqla ümumilikdə 60 ədəd feromon tələyə baxış keçirilib. Baxış zamanı Yaquboba kəndində 15, Xanoba kəndində 8, Ortaoba kəndində 4, Yalama kəndində 1, Düzahiroba kəndində 2, Zuxuloba kəndində 2 fərd olmaqla ümumilikdə 32 fərd QMB zərərvericisi müşahidə olunub.
Aparılan monitorinqlər QMB-nin yayılma səviyyəsinin qiymətləndirilməsi və vaxtında mübarizə tədbirlərinin planlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Monitorinq tədbirləri davam etdirilir.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib