25 aprel 2026 01:53
121

İsrail ordusu Qəzzada HƏMAS silahlılarına zərbə endirib

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının şimal hissəsində Fələstinin HƏMAS hərəkatının bir neçə silahlı üzvünü məhv etdiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, radikallar İsrail hərbçilərinin mövqeləri yaxınlığında müşahidə ediliblər.

"İMQ döyüşçüləri Qəzza zolağının şimalında İsrail qüvvələrinin yerləşdiyi əraziyə bilavasitə yaxınlıqda olan HƏMAS silahlılarını aşkar ediblər. Təhlükəni zərərsizləşdirmək məqsədilə onlara hava zərbəsi endirilib", - deyə İMQ-dən bildirilib.

Hərbi qurum həmçinin vurğulayıb ki, yüksək dəqiqlikli silahların və hava kəşfiyyatının tətbiqi sayəsində zərbə endirilməzdən əvvəl dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün addımlar atılıb.