Cari tədris ilinin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında keçirilən atıcılıq üzrə birincilik başa çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tədbirin başa çatması münasibətilə keçirilən bağlanış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bağlanış mərasimində çıxış edənlər bu cür yarışların hərbi qulluqçuların ştat silahlarından istifadəetmə vərdişlərinin və bacarıqlarının təkmilləşdirilməsində xüsusi rol oynadığını vurğulayıblar.
Bildirilib ki, yarışda hərbi qulluqçular atıcı silahlardan müxtəlif məsafələrdə yerləşən hədəflərin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Yarışın yekun nəticələrinə əsasən, praktiki atışlar zamanı fərdi və komanda hesabında ən yüksək nəticə göstərən hərbi qulluqçular Müdafiə Nazirliyinin rəhbərliyi adından fəxri fərmanlar, kubok və medallarla təltif olunublar.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub