25 aprel 2026 14:10
122

"Reuters": Malinin əsas hərbi bazası yaxınlığında partlayış və atışma səsləri eşidilib

Malinin paytaxtı Bamako yaxınlığında yerləşən "Kati" əsas hərbi bazasınin yaxınlığında güclü partlayış səsləri eşidirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyinə hadisənin şahidi bildirib.

"İki güclü partlayış və davamlı atışma səsləri eşidilib", - mənbə qeyd edib.

Şahidin sözlərinə görə, bu ərazidə olan əsgərlər yolları bağlayıblar.

Partlayışların səbəbləri məlum deyil. Heç bir silahlı qruplaşma mümkün hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Mali artıq bir neçə ildir ki, təhlükəsizlik baxımından qeyri-sabit vəziyyətlə üzləşir. Hərbçilər 2020 və 2021-ci illərdəki çevrilişlərdən sonra hakimiyyətə gələrək, əhəmiyyətli hissəsi, xüsusən də şimalı və mərkəzi silahlı qruplaşmaların təsiri altında qalan ölkədə vəziyyət üzərində nəzarəti bərpa edəcəklərini vəd ediblər.

Assimi Qoitanın rəhbərlik etdiyi hakimiyyət həmçinin beynəlxalq əməkdaşlığın, o cümlədən ABŞ ilə daha sıx əlaqələrin möhkəmləndirilməsinə ümid etdiyini bildirib.