25 aprel 2026 17:53
123

Yaxın Şərqdəki müharibənin Fransanın dövlət maliyyəsinə təsiri açıqlanıb

Fransanın Nazirlər Kabineti fövqəladə iclas keçirərək, Yaxın Şərqdəki münaqişənin iqtisadi nəticələrini və dövlət maliyyəsinə təsirini müzakirə edib.

“İki sahil” xəbər verir ki, hökumətin sözçüsü Mod Brejon mətbuat konfransında böhrana qarşı hədəflənmiş dəstək strategiyasını müdafiə edib. Bunu daha əvvəl Baş nazir Sebastyən Lökornü də açıqlamışdı.

İctimai maliyyə və fəaliyyət naziri David Amyel isə 2025-ci ilin büdcə hesabatlarının təsdiqi layihəsini təqdim edib. O, əsas diqqəti beynəlxalq böhranın təsirinə yönəldib: “Müharibənin dövlət maliyyəsinə təsiri bu gün təxminən 6 milyard avrodur”, – deyə o bildirib və 3,6 milyard avronun faiz dərəcələrinin və inflyasiyanın artması ilə bağlı olduğunu açıqlayıb.

“Faiz dərəcələri həm Fransada, həm də inkişaf etmiş iqtisadiyyatlarda artır”, – deyə o əlavə edib.