26 aprel 2026 00:20
114

Pakistan və İran Yaxın Şərqdə sülhün bərqərar olunması səylərini müzakirə edib

Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdəki vəziyyəti, regionda sülhün və sabitliyin möhkəmləndirilməsi tədbirlərini müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Pakistan hökuməti başçısının dəftərxanası məlumat yayıb.

Qeyd olunur ki, 50 dəqiqə davam edən söhbət zamanı iki lider cari regional vəziyyət, regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində görülən səylər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Ş. Şərif həmçinin 2026-cı il aprelin 11–12-də İslamabadda keçirilmiş danışıqlarda İran nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib.