26 aprel 2026 09:57
132

Bu təyyarələrdə "Powerbank"ın şarj edilməsi qadağan edilib

Türkiyənin Mülki Aviasiya Baş İdarəsi (SHGM) uçuş təhlükəsizliyini riskə atan portativ enerji qurğularının ("Powerbank") təyyarə daxilində şarj edilməsinin qadağan olunduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yayılan məlumatda bildirilib.

Qeyd olunub ki, bu qərar Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən 27 mart 2026-cı ildə "Hava yolu ilə təhlükəli yüklərin təhlükəsiz daşınması" üzrə texniki təlimatlar çərçivəsində qəbul edilib.

Yeni qaydalara əsasən, təyyarə daxilində "Powerbank"ların şarj edilməsi qadağandır. Hər sərnişin maksimum iki ədəd portativ batareya daşıya bilər. Portativ batareyalardan yalnız elektron cihazların şarjı üçün istifadə edilməsi tövsiyə olunur.

Bildirilib ki, bu məhdudiyyətlər ekipaj üzvlərinin xidməti məqsədlə daşıdığı batareyalara şamil olunmur. Lakin onların şəxsi istifadəsi üçün olan "Powerbank"lar bu qaydalara daxildir.