26 aprel 2026 11:14
97

Rusiyanın itkiləri açıqlandı - 1523-cü gün

Ukrayna müharibənin 1523-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 325 650 hərbçi, 11 892 ədəd tank, 24 463 ədəd zirehli döyüş maşını, 40 711 ədəd artilleriya sistemi, 1 753 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 354 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 350 ədəd helikopter, 91 582 ədəd avtomobil texnikası, 258 091 ədəd PUA, 4 579 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 136 xüsusi avadanlıq itirib.