Malinin müdafiə və veteranlarla iş üzrə naziri Sadio Kamara qətlə yetirilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Jeune Afrique" jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, nazir aprelin 25-də paytaxt Bamakonun yaxınlığındakı Kati ordu bazasında yerləşən iqamətgahının yaxınlığında partlayıcı maddə ilə dolu yük maşınının partladılması nəticəsində həlak olub. Hələlik bu məlumatla bağlı rəsmi təsdiq yoxdur.
Qeyd edək ki, daha əvvəl ölkə rəsmiləri S.Kamaranın silahlıların hücumu zamanı sağ qaldığını iddia edirdilər.
Ukrayna Təhlükəsizlik Qüvvələri Rusiyaya məxsus üç gəmiyə, bir MiQ-31 təyyarəsinə hava zərbələri endirib
London və Vaşinqton III Çarlzın ABŞ-a səfəri ərəfəsində təhlükəsizlik tədbirlərini əlaqələndirirlər