27 aprel 2026 00:55
103

Lavrov: Rusiya Ukrayna ilə bağlı ABŞ ilə təmaslara həmişə açıqdır

Moskva Ukraynadakı nizamlama ilə bağlı ABŞ tərəfi ilə təmaslara həmişə açıqdır.

İki sahil”in TASS-a istinadla verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz həmişə təmaslara açıqıq. Onlar bizim mövqeyimizi bilirlər. Üstəlik, bu mövqeyi Alyaskada eşitdilər. Bu, onların təklifinə cavab olaraq təqdim edildi. Əminəm ki, danışıqlar qrupu - cənab Stiven Vitkov və Cared Kuşner - bunu mütləq unutmayıblar", - deyə nazir Vesti jurnalisti Pavel Zarubinə açıqlamasında qeyd edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”