27 aprel 2026 08:29
140

CENTCOM Hörmüzdə blokadanın başlanğıcından bəri ələ keçirilən gəmilərin sayını açıqlayıb

ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) İran limanlarının dəniz blokadası başlayandan bəri İranla əlaqəli 38 ticarət gəmisini dayandırıb.

“İki sahil” xəbər verir ki,  bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

"ABŞ HDQ gəmilərin daxil olmasına və çıxmasına yol verməyərək İran limanlarının blokadasını həyata keçirməyə davam edir. Amerika Silahlı Qüvvələri 38 gəmiyə istiqamətini dəyişmək və ya geri, limana qayıtmaq barədə əmr verib", - deyə komandanlığın bəyanatında qeyd olunur.