27 aprel 2026 22:01
117

Qazaxıstan Azərbaycan və Özbəkistanla yaşıl enerji sahəsində sazişi ratifikasiya edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Qanunu imzalayıb.

“İki sahil” Akordaya istinadən xəbər verir ki, qanunun mətni mətbuatda dərc olunacaq.