Böyük Britaniyanın paytaxtı Londonda iki yəhudi şəxsin bıçaqlanması ilə nəticələnən hücum terror hadisəsi kimi qiymətləndirilib.
“İki sahil” “The Independent”ə istinadla xəbər verir ki, hadisə paytaxtın şimalındakı Qolders Qrin ərazisində baş verib.
Məlumata görə, 76 və 34 yaşlı iki kişi yerli vaxtla saat 11:16 radələrində bıçaqlı hücuma məruz qalıb. Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib. Polis 45 yaşlı şəxsi qəsdən adam öldürməyə cəhd şübhəsi ilə saxlayıb. Bildirilir ki, şübhəli şəxs polis əməkdaşlarına da hücum etməyə cəhd göstərib və nəticədə elektroşok cihazı tətbiq edilərək zərərsizləşdirilib. Yəhudi təcili yardım xidməti “Hatzola” da hadisə yerinə cəlb olunub və yaralılardan birini xəstəxanaya çatdırıb.
Böyük Britaniyanın Baş naziri Kir Starmer baş verən hücumu son dərəcə dəhşətli adlandıraraq günahkarların mütləq məsuliyyətə cəlb olunacağını bildirib.