ABŞ silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır, lakin maliyyələşdirmə və Konqresin dəstəyi olmadan bu tədbirlərin bəhrəsini verməsi yalnız bir neçə il çəkə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Nəşr qeyd edir ki, Lockheed Martin şirkəti Patriot üçün PAC-3 tutucularının istehsalını ildə 600-dən 2000-ə çatdırmağı planlaşdırır. THAAD tutucularının istehsalının dörd dəfə, 96-dan 400-ə qədər artacağı gözlənilir.
Lakin məqalədə qeyd olunur ki, ABŞ administrasiyasının hələlik bu sifarişi ödəmək üçün kifayət qədər vəsaiti yoxdur və Konqresin təsdiqi gözlənilir.
"ABŞ müdafiə sənayesi vacib sursat və tutucuların istehsalını artırmaq üçün genişmiqyaslı planlar elan etsə də, genişləndirilmiş istehsalın əhəmiyyətli bir hissəsi yalnız yaxın bir neçə ildə başlayacaq", - deyə müəllif vurğulayır.
Qeyd olunur ki, döyüşlər "ABŞ-ın dünya üzrə sursat ehtiyatlarını ciddi şəkildə azaltmışdır". Administrasiya və Konqres rəsmiləri qeyd edirlər ki, bu, ABŞ-ıistehsalı artırmaq üçün yollar axtarmağa məcbur edir.