01 may 2026 21:52
97

“Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirində 185 boksçu mübarizə aparacaq

Mayın 2-də 17 yaşadək (U-17) oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirinə start veriləcək. Bakı Boks Mərkəzində keçiriləcək ənənəvi yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda iştirak edəcəklər.

“İki sahil” xəbər verir ki, 185 boksçunun qatılacağı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də olacaq.

Yarışın ilk günü saat 15:00-da açılış mərasimi təşkil olunacaq, ardınca döyüşlər başlayacaq.

Qeyd edək ki, “Heydər Əliyev kuboku-2026″nın supervayzeri Pavlo Vasilinçuk (Ukrayna), baş hakimi Anar Babanlı olacaq.