02 may 2026 09:27
110

Mali, Niger və Burkina-Faso yaraqlılara qarşı birgə əməliyyat aparıb

Mali, Niger və Burkina-Fasonun silahlı qüvvələri Malinin şimalında yaraqlılara qarşı birgə hərbi əməliyyat keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, üç ölkənin orduları Malidə yaraqlıların mövqelərinə kütləvi hava zərbələri endirib.

Əməliyyatın detalları və itkilərlə bağlı əlavə məlumat verilməyib.