03 may 2026 19:25
101

Litvada iki dəmir yolu qəzasında təxribat versiyası istisna edilmir

Litvanın məsul qurumları son iki gündə ölkədə baş vermiş iki dəmir yolu qəzası ilə əlaqədar təxribat versiyasını istisna etmir.

“İki sahil” xəbər verir ki, bu barədə Litvanın nəqliyyat naziri Yuras Taminskas bildirib.

"Cümə və şənbə günləri baş vermiş hər iki qəza vəziyyəti araşdırılır. Onları bütün rakurslardan qiymətləndiririk", - o, təxribat aktı ehtimalı barədə sualı cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, hadisələrin səbəbləri barədə yekun nəticə çıxarmaq hələ tezdir.

Araşdırmanı Ədliyyə Nazirliyinin Təhlükəsizlik məsələlərinin öyrənilməsi şöbəsi, "Letuvos gelejinkelyay" ("Litvanın Dəmir Yolları") dövlət şirkəti və polis departamenti aparır.

Polis texniki nasazlıqları əsas versiya hesab edir və bildirir ki, hələ cinayətkar fəaliyyətinin əlamətləri aşkarlanmayıb.

İlk qəza cümə günü Kedaynsk rayonunun Qucyunay stansiyasında baş verib, burada çınqıl yüklü üç platforma relsdən çıxıb. İkincisi isə şənbə günü Kaunas rayonunda olub, burada lokomotiv və metanol yüklü bir neçə yük vaqonu relsdən çıxıb.

Hər iki halda xəsarət alan yoxdur, metanol sızması qeydə alınmayıb.