“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsi — Mayami Qran-Prisinin qalibi olub.
“İki sahil” xəbər verir ki, “McLaren” komandasının britaniyalı pilotu Lando Norris ikinci, onun avstraliyalı komanda yoldaşı Oskar Piastri isə üçüncü yeri tutub.
Antonelli ardıcıl üçüncü yarışında qələbə qazanıb. O, 100 xal toplayaraq ümumi çempionatın sıralamasında liderdir. İkinci yerdə mövsümün açılış mərhələsinin qalibi olan britaniyalı “Mercedes” pilotu Corc Rassel, üçüncü yerdə isə “Ferrari”nin monakolu pilotu Şarl Lekler qərarlaşıb.
Konstruktorlar çempionatında “Mercedes” 180 xalla liderdir. “Ferrari” (112 xal) və “McLaren” (94 xal) ilk üçlüyü tamamlayır.
Dünya çempionatının beşinci mərhələsi 22–24 may tarixlərində Kanadada keçiriləcək.
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqorayilı məşqçi kursu keçirilir