04 may 2026 08:49
122

Britaniya Aİ-nin Ukrayna üçün kredit proqramına qoşulmaq niyyətindədir

Böyük Britaniya Avropa Birliyinin Ukrayna üçün 78 milyard funt sterlinq (təxminən 105,9 milyard dollar) məbləğində kredit təşəbbüsünə qoşulmaq üçün danışıqlara başlamağı planlaşdırır.

“İki sahil” "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat verib.

Böyük Britaniyanın Baş naziri Kir Starmerin Londonun niyyətini İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində açıqlayacağı gözlənilir. Bu format 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra yaradılıb.

Böyük Britaniya Baş nazirinin ofisinin məlumatına görə, London Ukraynaya lazımi hərbi texnikanın alınmasında kömək etmək üçün Aİ ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Avropa Birliyi tərəfindən ötən ay təsdiqlənən kredit proqramının növbəti iki il ərzində Ukraynanın maliyyə ehtiyaclarının təxminən üçdə ikisini ödəyəcəyi gözlənilir.