ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Hörmüz boğazında qalan gəmiləri azad etmək üçün əməliyyata başlamaq niyyətində olduğunu açıqlamasından sonra neftin qiyməti barrel üçün 1 dollardan çox enib.
“İki sahil” "Reuters"ə istinadla xəbər verir ki, Brent markalı xam neftin fyuçersləri bazar ertəsi günü keçirilən ticarət əməliyyatlarında 1,83 dollar və ya 1,69% azalaraq bir barel üçün 106,34 dollara, WTI neftinin qiyməti isə 1,72 dollar və ya 1,69% azalaraq 100,22 dollar/barelə düşüb.
Agentliyin məlumatına görə, Trampın açıqlaması bazar iştirakçılarının dünyanın əsas dəniz yollarından biri vasitəsilə neft tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqlarını azaldıb.