04 may 2026 22:12
101

Baş nazir: Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi layihələr nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır

Gürcüstan hökuməti Bakı-Tbilisi-Qars dəmir yolu, Anakliya dəniz limanı və bu kimi beynəlxalq əhəmiyyətli nəqliyyat strukturlarının möhkəmlənməsi və əlaqələrin genişlənməsi üçün səylərini artırıb.

“İki sahil” xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı çərçivəsində təşkil olunan dəyirmi masada çıxışı zamanı deyib.

Baş nazir, həmçinin nəqliyyat və enerji marşrutlarının şaxələndirilməsinin vacibliyini vurğulayıb, bu kontekstdə Cənub Qaz Dəhlizi və Qara dəniz sualtı kabeli layihələrinin strateji əhəmiyyətini qeyd edib.