İranlılar "Azadlıq Layihəsi" çərçivəsində Hörmüz boğazından keçən ABŞ gəmilərinə hücum etsələr, yer üzündən silinəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a verdiyi açıqlamada deyib. O bildirib ki, İran danışıqlarda daha yumşaq hala gəlib. Tramp ABŞ blokadasını indiyə qədər edilən ən böyük hərbi manevrlərdən biri adlandırıb.