05 may 2026 00:52
82

Meksikada güclü zəlzələ baş verib

Meksikanın cənub-qərbində, Oaxaka şəhəri yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Oaxaka şəhərindən 136 km cənub-qərbdə yerləşib, ocağı isə 35 km dərinlikdə qeydə alınıb.