ABŞ Konqresindəki demokratlar ölkə prezidenti Donald Trampa İsrailin nüvə proqramı ilə bağlı məlumatların açıq şəkildə tanınması çağırışı ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə The Washington Post qəzeti qanunvericilərin ABŞ dövlət katibi Marco Rubioya ünvanladığı məktuba istinadla məlumat yayıb.
Məktubda qeyd olunur ki, Vaşinqton Yaxın Şərqdə nüvə silahlarının yayılmaması ilə bağlı ardıcıl siyasət formalaşdırmaq istəyirsə, regiondakı tərəflərdən birinin - İsrailin mümkün nüvə potensialı barədə rəsmi səssizliyi davam etdirə bilməz. Demokratlar hesab edir ki, bu məsələdə şəffaflıq ümumi qeyri-yayılma siyasətinin etibarlılığı üçün vacibdir.
Mövzu regiondakı gərgin geosiyasi fonla da əlaqələndirilir. Daha əvvəl Donald Trump İranın nüvə proqramından imtina etməsini Hörmüz boğazı ətrafında tətbiq olunan blokadanın aradan qaldırılması üçün əsas şərt kimi irəli sürmüşdü.