İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) bütün gəmiləri Hörmüz boğazından yalnız Tehran tərəfindən təqdim edilən dəhlizlə keçməyə çağırıb.
“İki sahil” xəbər verir ki, hərbçilərin bu xəbərdarlığını İranın dövlət televiziyası yayıb.
"İran tərəfindən təqdim edilən dəhliz Hörmüz boğazından keçməyin yeganə təhlükəsiz yoludur. Gəmilərin başqa marşrutlara yönləndirilməsi təhlükəlidir və SEPAH HDQ bu addıma əl atan hər kəsə qarşı qəti tədbirlər görəcək", - bəyanatda qeyd olunub.