Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampın tənqidlərinə cavab verib.
“İki sahil” xəbər verir ki, bu barədə "Vatikan News" portalı məlumat yayıb.
"Katolik Kilsəsinin missiyası Müjdəni təbliğ etmək, sülhü təbliğ etməkdir. Əgər kimsə məni Müjdəni təbliğ etdiyim üçün tənqid etmək istəyirsə, qoy bunu həqiqətə uyğun etsin. Sadəcə ümid edirəm ki, səsim eşidiləcək", - portal onun sözlərini sitat gətirib.