Nyu-Yorkda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) qlobal təşviqinə dəstək məqsədilə əlavə tədbir keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, miqrasiya və urbanizasiya mövzularına həsr olunmuş tədbir Azərbaycan, Beynəlxalq Miqrasiya Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının birgə təşkilatçılığı ilə BMT-nin Byu-Yorkdakı baş qərargahında baş tutacaq.
Tədbirin mayın 8-dək davam edəcək II Beynəlxalq Miqrasiya İcmalı Forumu (Forum) çərçivəsində keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.