06 may 2026 11:51
86

“Xalça Günü” festivalında Azərbaycan Qolf Federasiyası da təmsil olunmuşdur

May ayının 2–3 tarixlərində İçərişəhərdə yerləşən Şirvanşahlar Sarayında “Azərxalça” ASC-nin təşkilatçılığı ilə keçirilən “Xalça Günü” festivalında Azərbaycan Qolf Federasiyası da təmsil olunmuşdur.
“İki sahil” xəbər verir ki, festival çərçivəsində qurulmuş qolf stendində federasiyanın peşəkar məşqçiləri tərəfindən şəhər sakinlərinə və qonaqlara qolf idman növünün əsasları ətraflı şəkildə izah edilmişdir.