Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Serbiyanın alyansdakı nümayəndəliyinin rəhbəri Branimir Filipoviç ilə ikitərəfli münasibətləri müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
Paylaşımda tərəflərin NATO ilə "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlığı və regionda mövcud vəziyyəti müzakirə etdikləri qeyd olunub.