"Barselona" yayda heyətində ciddi dəyişikliklər etməyi planlaşdırır.
ESPN nəşrinin məlumatına görə, klub bir neçə futbolçunu sataraq təxminən 100 milyon avro gəlir əldə etmək niyyətindədir. Əldə olunacaq vəsait isə yeni mərkəz müdafiəçisi və hücumçunun transferinə yönəldiləcək.
Bildirilir ki, ilk növbədə Mark Kasado və hazırda icarədə "Monako"da çıxış edən Ansu Fatinin satışı planlaşdırılır. Hədəfə çatmaq üçün "Barselona" həmçinin Ferran Torres və Jül Kunde üçün təklifləri də nəzərdən keçirməyə hazırdır. Son variant olaraq isə Rafinya Diasın satışı istisna olunmur.
QOL.az
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqorayilı məşqçi kursu keçirilir