07 may 2026 01:44
178

Çempionlar Liqasında 2-ci finalçı da müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı da məlum olub.

“Bavariya” Almaniyada PSJ-ni qəbul edib. Münhendə keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Komandaların Parisdə oynanılan, olduqca maraqlı matçında  PSJ 5:4 hesabı ilə qalib gəlmişdi. Ona görə də bukünkü heç-heçə ilə Paris klubu finla adlayıb.

Luis Enrikenin komandası həlledici oyunda “Arsenal”la qarşılaşacaq. Final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək 

6 may

UEFA Çempionlar Liqası

Yarımfinalın cavab oyunu

23:00 "Bavariya" (Almaniya) – PSJ (Fransa) - 1:1

Qollar: Dembele, 3 (0:1), Keyn, 90+4
İlk oyun 4:5

5 may

 "Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya) - 1:0

İlk oyun - 1:1

QOL.az