07 may 2026 08:30
105

Pentaqon yarım milyard dollarlıq müqavilə imzalayıb

ABŞ Müdafiə Nazirliyi "Scale AI" şirkəti ilə 500 milyon dollarlıq müqavilə imzalayıb.

“İki sahil” "Bloomberg" agentliyinə istinadla  xəbər verir ki, müqavilə ABŞ ordusu daxilində məlumatların emalı və qərar qəbuletmə proseslərində süni intellekt texnologiyalarının istifadəsini genişləndirməyi hədəfləyir.

Yeni müqavilə "Scale AI"nin 2025-ci ilin sentyabrında Pentaqondan aldığı müqavilədən beş dəfə böyükdür. "Scale AI" şirkətinin dövlət sektoru əməliyyatları üzrə rəhbəri Dan Tadross bildirib ki, yeni müqavilə ABŞ Müdafiə Nazirliyinin əməliyyatlarında müasir süni intellekt alətlərini fəal şəkildə tətbiq etmək öhdəliyini nümayiş etdirir.

"Bloomberg" həmçinin xatırladıb ki, yanvar ayında Pentaqon katibi Pit Heqset müdafiə nazirliyində süni intellekt texnologiyalarının istifadəsini genişləndirmək və onların sürətli tətbiqinə mane olan bürokratik maneələri aradan qaldırmaq planlarını açıqlayıb.