07 may 2026 10:48
83

İran ABŞ-ın təklifinə bu gün cavab verə bilər

İran vasitəçilər vasitəsilə bu gün münaqişəyə son qoymaq üçün ABŞ-ın təklifinə cavab verə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.

Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ nümayəndələrinin son 24 saat ərzində İran tərəfi ilə "çox yaxşı" danışıqlar apardığını bildirmişdi.

Onun sözlərinə görə, İran danışıqlardan sonra guya nüvə silahlarından imtina etməyə razılaşıb.