07 may 2026 17:32
84

Aİ diplomatlarını Kiyevdən təxliyə etməkdən imtina edib

Avropa ittifaqı diplomatlarını Kiyevdən təxliyə etməkdən imtina edib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Ənvər Əl-Anuni Brüsseldə keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı diplomatlarını Kiyevdən təxliyə etmək niyyətində deyil.

Bu açıqlama Rusiyanın xarici ölkələrə Ukraynanın Moskvada 9 may şənliklərini pozmağa cəhd edəcəyi təqdirdə diplomatlarını Kiyevdən əvvəlcədən təxliyə etmələri barədə rəsmi xəbərdarlıq etməsindən sonra verilib. Çünki Rusiyanın sərt cavab verəcəyi bildirilib.

"Avropa İttifaqı Kiyevdəki mövqeyini və ya mövcudluğunu dəyişməyəcək. Biz heç nəyi dəyişmirik"- deyə o, qeyd edib.