09 may 2026 02:08
150

Fransada merə hücum edilib

Fransanın şimalındakı Vazye kommunasında Qələbə gününə həsr olunmuş anım tədbirləri zamanı mer Stiv Banş hücuma məruz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Voix du Nord" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, administrasiya rəhbəri onunla danışmaq istəyən kişinin yanına çıxıb, lakin həmin şəxs dərhal siyasətçiyə bir neçə zərbə endirib.

Bir neçə dəqiqə sonra hadisə yerinə təcili yardım xidmətləri gəlib və hücum edən şəxs saxlanılıb. Həkimlər Banşa ilkin yardımı yerində göstəriblər, aldığı xəsarətlər səbəbindən o, xəstəxanaya göndərilib.

Bildirilir ki, hücum edən şəxsə əvvəllər sosial mənzil verilməsindən imtina olunub. Bundan sonra o, mer müavininə müraciət etsə də, nəticə əldə edə bilməyib.