09 may 2026 10:59
128

Kamçatka yaxınlığında 5,8 maqnitudalı zəlzələ olub

Kamçatkanın şərq sahilləri yaxınlığında 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

“İki sahil” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 1428 km şərqdə yerləşib.

Zəlzələ ocağı 26 km dərinlikdə olub.