09 may 2026 13:55
80

Rusiyanın doqquz hava limanında uçuşlar bərpa edildi

Rusiyanın İvanovo (Yujnı), Kaluqa (Qrabtsevo), Nijni Novqorod (Çkalov), Tambov (Donskoy), Yaroslavl (Tunoşna), Qroznı, Vladiqafqaz, eləcə də Moskvanın Domodedovo və Vnukovo aeroportlarında təyyarə reysləri bərpa olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi açıqlama yayıb.

Qurumdan bildirilib ki, aviasiya təhlükəsizliyinə zəmanət vermək məqsədilə hava gəmilərinin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər qoyulmuşdu.

Xatırladaq ki, mayın 8-i səhər saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumları nəticəsində Rusiyanın 13 fərqli şəhərində aeroportların işi dayandırılmış və nəticədə 14 minə yaxın sərnişin öz reysini gözləməli olmuşdu. Hazırda aviadaşıyıcılar tərəfindən uçuş cədvəllərinə düzəlişlər edilir.